Qastroenteroloq

11 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 1294
Qastroenteroloq foto 1
4.5/5 - (4 votes)

Mədə və ya qarında ağrı, ürəkbulanma, qusma, köp əksər insanların qarşılaşdığı hallardır. Bu əlamətlər ilə qastroenteroloq mübarizə aparır. Ona el arasında mədə həkimi və ya bağırsaq həkimi də deyilir.  

Qastroenteroloq hansı xəstəlikləri müalicə edir? 

Həzm sistemi ağızdan başlayaraq, qida borusu, mədə, nazik və yoğun bağırsaq boyunca davam edən, anal dəliklə bitən uzun borunu xatırladır. Həzm sistemi orqanlarına həmçinin mədəaltı vəzi, qaraciyər, öd kisəsi və axacaqlar da aiddir. Qastroenteroloq həzm orqanlarının müayinə və müalicəsi ilə məşğul olan mütəxəssisdir.  

Qastroenteroloq foto 2

Hansı hallarda qastroenteroloq ilə mütləq əlaqə saxlanılmalıdır? 

Həzm sisteminin fəaliyyətinin pozulmasından xəbər verən əlamətlər aşağıdakılardır:  

  • Qarında ağrı
  • Mədə qıcqırması, yanma və turş gəyirmə 
  • Qusuntu və nəcis kütlələrində qan  
  • Qarında köp
  • Qəbizlik və ya ishal
  • Ürəkbulanma və qusma
  • Udqunmanın çətinləşməsi
  • Ağızda acılıq
  • Bağırsağın tam boşalmaması hissi
  • Anus nahiyəsində diskomfort 
  • İştahsızlıq

Qastroenteroloq foto 3

Qastroenteroloq xəstəni necə müayinə edir?

Həzm sistemi xəstəliklərinin uğurlu müalicəsinə ilk addım diaqnostikadan başlayır. İlkin mərhələdə həkim xəstəyə ümumi baxış keçirir, onun xəstəlik tarixini araşdırır. Qastroenteroloq pasiyentin şikayətlərini dinləyir, əlamətlərin baş vermə müddəti, yaxın qohumlarda mədə-bağırsaq traktı xəstəliklərinin (mədədə qastrit, xora, kolit və s.) olması barədə məlumat toplayır.  

Diaqnozun qoyulması və müalicə taktikasının düzgün seçilməsi üçün əlavə müayinələrə ehtiyac yaranır. Əsas üsullara qastroskopiya, kolonoskopiya, rekrosiqmoskopiya, USM, helikobakter pilorinin yoxlanılması, nəcis və qan analizi aiddir.  

Qastroenteroloq foto 4

Diaqnostika prosesində hansı qastroenteroloji xəstəliklər aşkarlana bilər?  

Aparılan müayinələr aşağıdakı patologiyaları üzə çıxarır:  

  • Qastrit
  • Mədə və onikibarmaq bağırsağın xorası 
  • Reflüks xəstəliyi (yeməyin mədədən qida borusuna qayıtması)
  • Kolit
  • Qeyri-spesifik xoralı kolit
  • Kron xəstəliyi
  • Xolesistit (öd kisəsi xəstəliyi)
  • Pankreatit
  • Hepatit
  • Babasil
  • Anal çat və qaşınma

Qastroenteroloq foto 4

Savadlı qastroenteroloq hansı bacarıqlara malik olmalıdır?

Diaqnozun düzgün qoyulması və müalicənin effektivliyi həkimdən savad və bacarıq tələb edir. Həkim-qastroenteroloqu seçərkən bir sıra məqamlara fikir verilməlidir: 

  • həkim endoskopik müayinələri icra etməyi bacarmalıdır
  • pasiyentlər tərəfindən yüksək qiymətləndirilməlidir
  • öz biliklərini daim təkmilləşdirməlidir (təkmilləşdirmə kursları, seminarlar, konfranslarda iştirak)

Qastroenteroloq necə müalicə edir? 

Müayinənin nəticələrinə əsasən müalicə üsulu seçilir. Yüngül və orta hallarda konservativ (dərman preparatları), ağırlaşmış formalarda isə cərrahi üsul tətbiq edilir. Hər bir halda unutmayın ki, qastroenteroloqa nə qədər tez müraciət edilirsə, sağalma prosesi bir o qədər asan olur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.5/5 - (4 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir