Mədə ağrısı üçün bitkilər

24 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 7395
Mədə ağrısı üçün bitkilər foto 5
3.9/5 - (12 votes)

Mədə problemləri stress, qeyri-düzgün qidalanma ilə bağlı ola bilir. Bundan əlavə ağrı çox zaman qastrit, xora və ya polip kimi xəstəliklərdən xəbər verir. Ona görə də mütləq qastroenteroloqa müraciət etmək lazımdır. Əgər müvəqqəti olaraq, həkimə gedə bilmirsinizsə mədə ağrısı üçün bitkilər köməyinizə gələcək.   

Mədə ağrısı üçün bitkilər – çobanyastığı

Çobanyastığı mədənin selikli qişasına iltihabəleyhinə təsir göstərir, ağrını aradan qaldırır. Çay hazırlamaq üçün bu bitkinin qurudulmuş çiçəklərindən 1-2 çay qaşığı götürüb, 1 fincan qaynar suda dəmləyin. Çobanyastığı çayını digər bitkilərlə, məsələn, nanə və melissa ilə kombinə etdikdə, effekti daha da güclənir. 

Mədə ağrısı üçün bitkilər – nanə

Təzə dəmlənmiş nanəli çay mədə əzələlərini boşaldır, spazmı yox edir. Nanə həmçinin öd axınını yaxşılaşdırır, mədə pozğunluqlarında və ya qarında köp zamanı kömək edir. Nanəli çay hazırlamaq məqsədilə bu bitkinin yarpaqlarından 1 ovuc götürün. Üzərinə 1 stəkan qaynar su tökün. Ağzını bağlayıb, 10 dəqiqə dəmləyin.

Mədə ağrısı üçün bitkilər foto 2

Mədə ağrısına qarşı bitkilər – zəncəfil 

Zəncəfilin təbii komponentləri mədənin saya əzələlərini boşaldaraq, spazm və ağrını uzaqlaşdırırlar. Zəncəfil həm də ürəkbulanmaya qarşı istifadə olunur.

Mədə ağrısı üçün faydalı bitkilər

Şüyüd toxumları

Onun tərkibindəki efir yağları mədə şirəsinin ifrazını stimulə edir, ağrını yüngülləşdirir. Şüyüd toxumları hamilələrə məsləhət görülmür. 

Sarıkök

Sarıkök mədədə iltihabi prosesləri zəiflədir. Sarıkökün aktiv maddəsi olan kurkumin həzmi normaya salır, ağrını aradan götürür. 

Mədə ağrısı üçün bitkilər foto 3

Mədə ağrısı üçün effektiv bitkilər  

Cəfəri

Bir neçə sap cəfərini qaynar suda 2-3 saat saxlayın. Alınan məhlulu gün ərzində için. Ağrını zəiflətməklə yanaşı, cəfəri mədə-bağırsağın ümumi sağlamlıq vəziyyəti üçün xeyirlidir.  

Aloe  

Spazm, qəbizlik və köplə bağlı ağrılara qarşı aloe şirəsi içmək tövsiyə olunur. Bu məqsədlə yenicə əkilmiş deyil, 5-7 illik aloe istifadə edilməlidir. Şirəni hazırlayan kimi içmək lazımdır. 

Mədə ağrısı üçün bitkilər foto 4

Mədə ağrısı üçün bitkilər – limon  

Limonlu su ağrını kənarlaşdırmaqla bərabər, qidanın həzmini də sürətləndirir. Limonun suyunu sıxıb, onu 1 stəkan ilıq su ilə qarışdırıb, içsəniz rahatlaşacaqsınız.   

Qastrit və xora zamanı mədədə ağrı üçün bitkilər

Xalq təbabətində müxətlif xəstəliklərin müalicəsində istifadə olunan, illərin sınağından keçmiş reseptlər vardır. Mədədə qastrit və xora zamanı ən effektiv bitkilər aşağıdakılardır:  

  • sofora (İran yasəməni);
  • vaxtsız çiçək (itboğan);
  • qaragilə (çernika).

Həmçinin mədə ağrısı zamanı çobanyastığı, nanə, adaçayı, yovşan və boymadərən kimi bitkilərin qarışığı faydalıdır. Bunun üçün həmin qarışıqdan 2 xörək qaşığı götürüb, üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. 20 dəqiqədən sonra süzün. İsti halda gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 100 ml qəbul edin. 

Mədə ağrısı üçün bitkilər foto 1

Xülasə

Qeyd edilən reseptlər təhlükəsiz olsa da, onları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz məqsədəuyğundur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.9/5 - (12 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir