Mədə ağrısı

11 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 5694
Mədə ağrısı foto 2
5/5 - (5 votes)

Mədə ağrısı – tez-tez rast gəlinən simptom olub, mədədə və onunla qonşu orqanlarda (qida borusu, mədəaltı vəzi, qaraciyər, öd kisəsi) patoloji prosesin getməsindən xəbər verir. Mədə ağrısı kəskin və xroniki formada, fərqli intensivlikdə rast gəlinir. Ağrının epiqastral nahiyədə (qarnın yuxarı hissəsində) baş verməsi çox vaxt qida qəbulundan, eləcə də xörəyin xarakterindən (acı, şirin, duzlu və s.) asılı olur.  

Bir sıra hallarda mədə ağrısı qıcqırma, yanma hissi ilə müşayiət olunur. Mədə ağrısının səbəblərini müəyyən etmək üçün onun yerini və formasını düzgün təsvir etmək lazımdır. 

Mədə ağrısı foto 1

Mədə ağrısı hansı səbəblərdən əmələ gəlir? 

Ağrı birbaşa olaraq mədənin, həmçinin digər orqan və sistemlərin patologiyaları fonunda yarana bilər.  

Mədəyə aid səbəblər 

  • qastrit;
  • mədə xorası;
  • virus mənşəli və bakterial infeksiyalar;
  • mədənin fəaliyyətinin pozulması;
  • mədənin selikli qişasının zədələnməsi;
  • qida zəhərlənmələri;
  • mədədə polip;
  • stress;
  • mədənin bədxassəli şişi.

Mədə ağrısı foto 3

Digər orqanların mədə ağrısı ilə müşayiət olunan xəstəlikləri 

  • pankreatit;
  • nazik və ya yoğun bağırsağın patologiyaları;
  • appendisit;
  • diafraqmanın spazmı. 

Yekun diaqnoz yalnız qastroenteroloq, yəni mədə həkimi tərəfindən qoyula bilər. Buna görə də mədə dərmanları, o cümlədən mədə ağrısı üçün bitkilərlə özünü müalicəyə vaxt itirmək əvəzinə, həkimə müraciət etmək lazımdır.  

Mədə ağrısı foto 4

Mədə ağrıları necə olur? 

Mədədə kəskin, deşici, kəsici ağrılar əksərən onikibarmaq bağırsaqda xora və ya xroniki duodenitin (onikibarmaq bağırsağın iltihabı) kəskinləşməsi zamanı meydana çıxır. “Xəncər” ağrısı xoranın deşilməsinə işarədir.  

Orta xətt boyunca qarnın yuxarı hissəsində ağırlıq və ağrı hissi xroniki qastritə aiddir. Ağrının güclənməsi kolit, pankreatit və ya xolesistitə işarədir. Mədənin xora xəstəliyində ağrılar küt və sızıltılı olur. Bəzi hallarda xora kəskin qəfil sancılarla gedir. 

Mədə ağrısı foto 5

Mədə ağrıları hansı üsullarla diaqnostika olunur?

Həzm sistemi xəstəliklərinin məşhur müayinə üsulları qastroskopiya, kolonoskopiya və USM-dir. Yanaşı olaraq, mədənin şirəsi, qan, sidik, nəcis və öd analizi də informativ sayılır.  

Mədə ağrıları necə aradan qaldırılır?  

Gəyirmə, qıcqırma, ağrı ilə müşayiət olunan qastrit və xora zamanı aşağıdakı preparatlar qəbul olunur:  

  1. Qastal;
  2. Almagel;
  3. Anasid;
  4. Qastrofarm;
  5. Maaloks;
  6. De-nol;
  7. Flakarbin.

Mədə ağrısı foto 6

Qidalanma pozğunluqları ilə əlaqəli ağrılara qarşı:

  1. Qastromaks;
  2. Simetidin;
  3. Omeprazol.

Mədənin spazmında:

  1. Besalol;
  2. Buskopan;
  3. No-şpa.

Həddindən artıq qida qəbulu zamanı, xüsusən mədədə şirənin turşuluğunun az olduğu hallarda ağrı baş verərsə:   

  1. Kreon;
  2. Mezim forte;
  3. Panzinorm;
  4. Pankreatin;
  5. Planteks;
  6. Enzistal;
  7. Festal. 

Mədə ağrısı foto 7

Mədəaltı vəzi, qida borusunun iltihabi proseslərində, xora xəstəliyində ağrı əleyhinə:

  1. Omez;
  2. Epikur;
  3. Kontrolok.

Həkimə gedənə qədər yüngül formada mədə ağrısı ilə evdə mübarizə

  • təzə kökü sürtkəcdən keçirib, 2-3 xörək qaşığı yeyin. Qıcqırma ilə birlikdə rast gəlinən ağrılarda effektivdir.
  • 2-3 ədəd cəfəri yeyin. Müalicəvi göyərti türş gəyirmə və diskomfortu aradan qaldırır.  
  • 1 stəkan isti su 1 çay qaşığı limon suyu və bal töküb qarışdırın. Normadan artıq qida qəbul etdikdə, mədə turşuluğu aşağı olduqda insana rahatlıq gətirir. 
  • 1 stəkan qaynar suya 1 xörək qaşığı nanə yarpağı əlavə edib dəmləyin. 10 dəqiqə gözləyin. Nanəli çay xüsusən mədənin stresslə bağlı ağrısı zamanı mükəmməl nəticələr verir.  
  • 1 stəkan südü orta istilikdə kiçik qurtumlarla için. Süd qıcıqlanmış selikli qişasını sakitləşdirir, mədədə ağırlıq və yanğı hissini yox edir. 

Sonda bir vacib məqamı vurğulayaq: mədənin ağrısı zamanı məqalədə qeyd olunan dərmanları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşin.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (5 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir