Mədə qıcqırmasında xalq təbabəti

11 Mart 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 2569
Mədə qıcqırmasında xalq təbabəti foto 3
4.2/5 - (4 votes)

Mədə qıcqırması sinə nahiyəsində yanğı hissi ilə özünü büruzə verir. Bu diskomfortun tez-tez rast gəlinən səbəbi qeyri-düzgün qidalanmadır. Belə ki, yağlı, qızardılmış, turş və acı ədviyyatlı qidalar mədə turşuluğunu artırır. Nəticədə orqanın selikli qişası qıcıqlanır, mədə yanması meydana çıxır.

Daimi qıcqırma isə qastrit, mədə xorası, öd daşı xəstəliyinin əlaməti sayılır. Bir sıra insanlar mədə qıcqırmasında xalq təbabəti üsullarına əl atırlar. Onların ən effektiv növlərini nəzərinizə çatdırırıq.

Mədə qıcqırmasında xalq təbabəti – bitki yağı

Mədənizdə narahatlıq hiss etdikdə 1 xörək qaşığı zeytun, günəbaxan və ya kətan yağı için. Yağ qida borusu və mədənin divarlarını qoruyucu qat kimi bürüyərək, qıcıqlanmanın qarşısını alır. Sadəcə yağ işlədici təsirə malik olduğundan, evdə qalmadığınız günlərdə onu içmək tövsiyə edilmir.

Mədə qıcqırmasında xalq təbabəti foto 4

Mədə qıcqırması zamanı xalq təbabəti – balqabaq və günəbaxan tumları  

Ac qarnına 1 ovuc tum yesəniz, 1-2 dəqiqədən sonra yüngülləşmə hiss edəcəksiniz. Bu üsul hamiləlikdə mədə yanması zamanı tez-tez tətbiq olunur. Çünki balqabaq və ya günəbaxan tumları qıcqırmanı yox etməklə yanaşı, həm də orqanizmi faydalı vitamin-minerallarla təmin edir. Ən əsası dərman preparatlarından fərqli olaraq, tumlar ana və uşaq orqanizmi üçün tam təhlükəsizdir.  

Mədə qıcqırmasında xalq təbabəti – mineral su

Qələvi tərkibli su 5-7 dəqiqə müddətində yanğını tamamən aradan götürür. Yeməkdən 30 dəqiqə əvvəl içildikdə, turşuluğu azaldır. Ac qarnına qəbul edildikdə isə mədədən qida borusuna atılan turşuları yuyub apararaq, qıcqırmanı yox edir. 

Mədə qıcqırmasında aktivləşdirilmiş kömür ilə xalq təbabəti 

Hər 10 kiloqrama 1 tablet götürməklə, lazımi dozanı müəyyənləşdirin. Tableti toz halına gətirdikdən sonra ilıq su ilə qəbul edin.

Mədə qıcqırmasında xalq təbabəti foto 5 

Mədə qıcqırmasında xalq təbabəti – kartof şirəsi

Bu tərəvəzin şirəsi mədədə yanğı hissindən qurtulmağa kömək edir. Həmçinin qastrit və xora xəstəliyinin sağalmasını sürətləndirir. Bunun üçün təzə kartofun şirəsini hazırlayıb, səhər ac qarnına, axşam isə yuxuya getməzdən əvvəl eyni bərabərdə için. Şirənin dadını yaxşılaşdırmaq məqsədilə ora 1 xörək qaşığı bal əlavə edə bilərsiniz.  

Mədə qıcqırmasında xalq təbabəti – kələm şirəsi

Kartof kimi kələm də mədə şirəsinin turşuluğunu neytrallaşdıraraq, qıcqırma ilə mübarizə aparır. Hər dəfə təzə şirə hazırlayıb, gündə 2 xörək qaşığı içmək məsləhət görülür.  

Mədə qıcqırmasında xalq təbabəti – süd

İlıq süd mədəni daxildən bürüyür, turşunun qıcıqlandırıcı təsirini azaldır. 1 stəkan təbii süd ağrı və digər xoşagəlməz hissiyyatları kənarlaşdırır.  

Mədə qıcqırmasında xalq təbabəti foto 1

Mədə qıcqırmasında xalq təbabəti – düyü həlimi

Düyünü duz və digər ədəvalar qatmadan bişirin. Suyunu süzüb soyudun. Həmin suyu asta-asta için. Onun köməyilə mədənizdə yaranan yanğı hissindən azad olacaqsınız. 

Mədə qıcqırmasında nanəli çayla xalq təbabəti 

Nanə yarpaqlarının üzərinə qaynar su töküb, 15 dəqiqə müddətində dəmləyin. Dadlandırmaq istəsəniz, qarağat yarpaqlarını də əlavə edə bilərsiniz. Hər dəfə təzə çay hazırlamaqla gündə 2-3 dəfə 1 fincan için. 

Mədə qıcqırmasında kətan toxumları ilə xalq təbabəti  

Kətan toxumlarından ½ xörək qaşığı götürüb, üzərinə 125 ml qaynar su tökün. Gecəni saxlayın. Səhər stəkanın tam dolması üçün yenidən su əlavə edin və ac qarnına için. Müalicə kursu minimum 14 gündür. Əgər qıcqırma kəskin xarakterlidirsə, onda kətan toxumlarını xırdalayıb, tutma zamanı 1 çay qaşığı miqdarında qəbul edin.  

Mədə qıcqırmasında xalq təbabəti foto 7

Mədə qıcqırmasının yaranmaması üçün nə etməli? 

Gündəlik rasionunuzu balanslaşdırın, kiçik porsiyalarla qidalanın. Aşağıdakı məhsullara üstünlük verin: 

  • yağsız bulyonda hazırlanmış suplar;
  • qaynadılmış tərəvəzlər;
  • qarabaşaq (qreçka), düyü və yulaf sıyıqları;  
  • banan. 

Kanada alimləri qastritin profilaktikası üçün gündə 2 ədəd banan yeməyi tövsiyə edirlər. 

Mədə qıcqırmasında qadağan olunan məhsullar

  • acı ədəvalar;
  • şokolad;
  • qazlı içkilər;
  • sitrus meyvələri;
  • çay, qəhvə, turş meyvə şirələri;
  • yağlı, qızardılmış, hisə verilmiş ərzaqlar.

Mədə qıcqırmasında xalq təbabəti foto 3

Mədə qıcqırması əleyhinə tədbirlər 

  • çəkinizi normada saxlayın;
  • ağırlıq qaldırmayın;
  • bel və qarın nahiyəsini sıxan dar geyimlərdən imtina edin;
  • yuxu rejiminizə fikir verin;
  • emosional vəziyyətinizə nəzarət edin (stress və depressiyadan qaçın);
  • siqaret və spirtli içkilərdən uzaqlaşın;
  • həkim məsləhəti olmadan özbaşına dərman preparatları ilə müalicə aparmayın.

Qeyd: məqalədə təqdim etdiyimiz reseptlər yalnız qıcqırmanı aradan qaldırır. Onun təkrarlanmaması üçün səbəbi üzə çıxarmaq lazımdır. Bu isə yalnız savadlı mütəxəssis – qastroenteroloq tərəfindən mümkündür. Odur ki, sağlamlığınızı peşəkarlara həvalə edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (4 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir