A. Hüseynova

Mədə-bağırsaq xəstəlikləri.az saytında dərc olunan bütün məqalələr Aygün Hüseynova tərəfindən hazırlanmışdır. Müəllif Azərbaycan Tibb Universitetinin məzunudur. Onun bu sahədə fəaliyyəti 10 ili keçmişdir. A. Hüseynova xarici tibb ədəbiyyatlarından istifadə etsə də tibbi informasiyanı əhalinin bütün qruplarına sadə dildə anlatmağa çalışmışdır.

Bir çox insanların öz sağlamlığına laqeyd yanaşdığını gözə alaraq, müəllif saytda xəstəliklərin ilkin əlamətlərini aydın şəkildə izah etmişdir. O, bu yolla insanları təhlükəli ağırlaşmalara yol vermədən başlanğıc dövrlərdə həkimə müraciət etməyə səsləmişdir.  Çünki müalicəyə nə qədər tez başlanılarsa, sağalma şansı bir o qədər yüksək olar.

Müəllif əhalinin böyük diqqət tələb edən qrupu – hamilələr və uşaqları da unutmamışdır. Saytda gələcək analar və körpələrin sağlamlığına zərər yetirmədən mədə-bağırsaq xəstəlikləri ilə bağlı faydalı məsləhətlər vermişdir.