Hamiləlikdə mədə yanması

17 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2115
Hamiləlikdə mədə yanması foto 1
3.7/5 - (3 votes)

Mədə yanması – hər ikinci hamilə qadında rast gəlinən xoşagəlməz əlamətdir. Xalq inanclarına görə bu narahatlıq döldə tüklərin aktiv şəkildə artması ilə bağlıdır. Lakin tibb elmi bunu təkzib edir. Hamiləlikdə mədə yanması dölün inkişafına mənfi təsir göstərməsə də, qadına narahatlıq törədir. 

Hamiləlikdə mədə yanması nədir?

Hamiləlik qadın orqanizmi üçün stress sayılır. Bu müddət ərzində uşaqlıq böyüdüyündən qonşu orqanlarda yerdəyişmə baş verir, mədə möhtəviyyatı tez-tez qida borusuna geri atılır. Bununla əlaqədar qida borusunun divarları qıcıqlanır, iltihab yaranır, yanğı hissi meydana çıxır. Hamiləlikdə mədə yanması müxtəlif qadınlarda fərqli intensivlikdə olur.

Yanğı hissi təhlükəli sayılmasa da, ona laqeyd yanaşmaq olmaz. Uzunmüddətli yanğı hiperasid qastritxora xəstəliyinə işarə edə bilər. Həmçinin nəzarətsiz qoyulduqda qida borusunda əksər hallarda eroziya və xoraların formalaşmasına səbəb olur.

Hamiləlikdə mədə yanması foto 3

Hamiləlikdə mədə yanması hansı səbəblərdən yaranır?

  • fastfud, yağlı, qızardılmış, hisə verilmiş qidaların qəbulu;
  • artıq çəki;
  • ağırlıq qaldırma. 

Hamiləlik dövründə uşaqlıq daxili orqanları sıxdığından tez-tez mədə qıcqırması baş verir. Bu əlamət erkən dövrlərdə də yarana bilər, lakin çox zaman II-III trimestrdə meydana çıxır.  

Hamiləlikdə mədə yanması necə olur?

  • döş sümüyü arxasında istilik, diskomfort və göynəmə;
  • epiqastral nahiyədə (qarnın yuxarısında) ağırlıq hissi;
  • ağızda acılıq və ya turş dad;
  • mədənin tam boşalmaması hissi.

Əlamətlər adətən qəfil yaranır və o tərzdə də itir. Bəzi hamilələrdə hər qida qəbulundan sonra mədə yanması olur. Ona əsasən yağlı xörəklər, şorabalar yedikdə rast gəlinir. Belə hallarla qarşılaşmamaq üçün sağlam qidalanmaq və rasionu balanslaşdırmaq lazımdır. 

Hamiləlikdə mədə yanması foto 2

Hamiləlikdə mədə yanması zamanı nə etməli – xalq təbabəti

Qadınların əksəriyyəti uşağa zərər verməkdən qorxaraq, hamiləlik dövründə dərman preparatlarından imtina edirlər. Mədə yanması tez-tez təkrarlanmadıqda təbii üsullar köməyə gəlir. Bu reseptlər təhlükəsiz olduğundan qadınlar arasında geniş yayılmışdır: 

  1. Qələvi tərkibli mineral su. Borjomi və ya Essentuki suyunu alıb, tutma zamanı 50 ml-dən çox olmamaq şərtilə için.  
  2. Şüyüd çayı. Birdəfəlik dəmləmə üçün nəzərdə tutulan filtr-paketlərin istifadəsi daha rahatdır.  
  3. Zəncəfil. 2-3 dəqiqə ərzində çeynəmək məsləhət görülür.  

Həmçinin sitrus meyvələrinin, kök və kartof şirəsini içdikdə, mədədə yanğı hissi aradan qalxır. Kökü sürtkəcdən keçirib, duz qatmadan təmiz halda yesəniz, göynəmədən azad olacaqsınız.   

Eləcə də südü azacıq isidib, kiçik qurtumlarla içdikdə rahatlıq tapacaqsınız. Bəzi mənbələrdə mədə yanması əleyhinə vasitə kimi soda məhlulu qeyd olunmuşdur. Lakin onun təhlükəsizliyi sübut olunmamışdır. Bu səbəbdən sodanı hamiləlik dövründə təcrübədən keçirməyin. Üstəlik mədə-bağırsaq sistemində eroziya və xorası olan şəxslərdə sodanın qəbulu ağır fəsadlar törədir. 

Hamiləlikdə mədə yanması foto 4

Hamiləlikdə mədə yanması zamanı nə etməli – dərman preparatları

Müasir dərmanlar yerli təsir göstərir, ümumi qan dövranına sorulmadığından körpəyə ziyan vurmur. Qəbul etdikdən sonra 3-5 dəqiqə ərzində mədə göynəmə hissi aradan qalxır. Hamiləlikdə qida rejiminin normaya salınması yanğıya kömək etmədikdə dərman qəbuluna ehtiyac yaranır.  

Mədə yanması əleyhinə effektiv vasitələr:

  1. Renni
  2. Pulsatilla
  3. Smekta
  4. Maaloks və s.

Hamiləlikdə istifadə olunan preparatların dozası qastroenteroloq tərəfindən seçilməlidir.

Hamiləlikdə mədə yanması foto 5

Hamiləlikdə mədə yanmasının baş verməməsi üçün nə etməli?

  • gündəlik rasiondan şokolad və şirniyyatı çıxarın;
  • kəskin qidalar və ədəvalardan imtina edin;
  • sutkada minimum 1,5 litr maye için;
  • təbii süd məhsullarına – xama, kəsmik, qaymağa üstünlük verin;
  • kiçik porsiyalarla tez-tez qidalanın;
  • axşam yeməyini yatmazdan 3 saat əvvəl yeyin;
  • yeməkdən sonra dərhal uzanmayın, ən azı 40 dəqiqə gözləyin;
  • yatanda başınızın altını hündür edin. 

 Bu sadə qaydalara əməl etməklə, hamiləlikdə mədədə yanğı hissinin yaranmasının qarşısını ala bilərsiniz. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.7/5 - (3 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir