Qarın ağrısının səbəbləri

18 Mart 2020 Kateqoriya: Bağırsaq xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 2138
Qarın ağrısının səbəbləri foto 1
3.8/5 - (9 votes)

Qarın ağrısı bəzən qidalanma pozğunluğu və ya stresslə əlaqədar meydana çıxır. Digər hallarda isə ciddi xəstəliklərin əlaməti sayılır. Bunu ayırd etmək üçün ağrının xarakterinə fikir vermək lazımdır.  

Qarın ağrısının səbəbləri hansılardır? 

Ağrı müxtəlif forma və davametmə müddətinə malikdir. Bu göstəricilərə əsasən qarın ağrısının səbəbləri aşağıdakı qruplara bölünür:

  • kəskin appendisit (ağrı sönmür, əksinə yayılır). Ağrının itməsi bağırsağın deşilməsindən xəbər verir. Belə vəziyyətlərdə təcili tibbi yardım gərəkdir;
  • kəskin pankreatit (qarnın yuxarı hissəsində güclü ağrılar yaranır, bir sıra hallarda kürəyə yayılır). Həmçinin xəstələrdə ağızda quruluq, xoşagəlməz dad, qusma müşahidə edilir;
  • kəskin qastrit. Qida qəbulundan sonra göbəkdən yuxarı hissədə ağırlıq və ağrı hissi formalaşır. Bu narahatlıq insanı gəyirməyə, hətta qusmağa vadar edir. Mədədə qastriti olan şəxslər mütləq qastroenteroloqun müayinəsindən keçməlidir.

Qarın ağrısının səbəbləri foto 2

Qarın ağrısının digər səbəbləri

  • bağırsaq sancıları. Göbək ətrafında qəfil yaranır, tutmaşəkilli olur. Adətən halsızlıq və titrətmə ilə müşayiət olunur. Xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün yataq rejimi və xüsusi preparatlar təyin edilir. O cümlədən qidalanma rasionuna da fikir vermək lazımdır;
  • böyrəyin iltihabı. Bel və qarın nahiyəsində ağrı əmələ gəlir, bədən temperaturu yüksəlir;
  • böyrək daşının tərpənməsi. Bu tip ağrılar kəskin xarakterli olub, bel, qarın və aralıqda yaranır. Sidik ifrazı tezləşir. Belə hallarda isti vanna və spazmolitiklər köməyə gəlir. Əgər sidikdə qan aşkarlanarsa, təcili şəkildə həkimlə əlaqə saxlamaq lazımdır;   
  • mədə və onikibarmaq bağırsağın xəstəlikləri. Vaxtaşırı qarnın yuxarı hissəsində, göbək ətrafında ağrı yaranır. Yanaşı olaraq, xəstələr gəyirmə və qarında köpdən şikayətlənirlər.

Qarın ağrısının səbəbləri foto 3

Qarın ağrısının səbəbləri – növbəti 3 hal

  • xora. Ağrının əsas xüsusiyyəti yeməkdən sonra itməsidir. Xəstələrdə mədə qıcqırması, ağızda turş dad, dilin üzərində ağ ərp olur. Bundan əlavə xoradan əziyyət çəkən insanlarda səhər saatlarında ürəkbulanma, qusma, qəbizlik və köpə rast gəlinir
  • xolesistit. Sağ qabırğaaltında, qarında vaxtaşırı ağrılar müəyyən edilir. Ağrı kürəyə vurur. Xolesistitin digər əlamətlərinə iştahsızlıq, qəbizlik, qusma, ağızda quruluq, gəyirmə aiddir;
  • stress. Qarnın aşağısında sızıltılı ağrı baş verir. İnsan həddindən artıq aktiv və ya əksinə, passiv olur. Stress halında kofein tərkibli məhsullardan (qəhvə, çay və s.) imtina edilməli, sakitləşdirici dərmanlar içilməlidir.  

Qarın ağrısının səbəbləri foto 4

Qarın ağrısının səbəbləri və təcili yardım tələb edən hallar  

Aşağıdakı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır:

  • qarında güclü ağrı səbəbindən bayılma, tənəffüs çatışmazlığı. Belə vəziyyətlər qaraciyər çatışmazlığı, kəskin pankreatit, daxili qanaxma fonunda yaranır;  
  • şiddətli ağrı səbəbindən indan tərpənə bilmədikdə; 
  • qarında ağrı dalbadal qusma törətdikdə və qusuntu kütlələrində qan aşkarlandıqda;  
  • kəskin ağrı ilə yanaşı nəcis ifrazının mümkünsüzlüyü. Bu hal həzm traktının keçməməzliyinə işarədir;  
  • düz bağırsaqdan qan axdıqda.

Qarın ağrısının səbəbləri və müalicəsi  

Yuxarıda izah etdiyimiz kimi qarın ağrısının səbəbləri müxtəlifdir. Bununla əlaqədar müalicə qastroenteroloq,ümumi cərrah, nefroloq kimi mütəxəsislər tərəfindən aparılır. Patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq, konservativ (dərman) müalicə və ya cərrahi əməliyyat həyata keçirilir. 

Qarın ağrısının səbəbləri foto 5

Qarın ağrısının səbəbləri və profilaktikası

  • özünüzü stressdən qoruyun. Fitnes, yoqa, üzgüçülüklə məşğul olun. Bu üsullar insana daxili rahatlıq bəxş edir;  
  • müntəzəm şəkildə fiziki hərəkətlər edin. Aktiv həyat tərzi qəbizliyin qarşısını alır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin idman bağırsağın təmizlənməsinə səbəb olur, mədənin normal fəaliyyətini təmin edir;  
  • qida rasionunuza nəzarət edin. Yağlı, qızardılmış, hisə verilmiş məhsulların qəbulunu məhdudlaşdırın;
  • artıq çəkidən qurtulun. Alimlərin fikrincə piy qatı mədəyə təzyiq göstərir, nəticədə mədə şirəsi qida borusuna qayıdır. Bu isə mədə yanması, qıcqırma törədir;  
  • gün ərzində ən azı 2 litr su qəbul edin. Bağırsağın mütəmadi şəkildə boşalması, qidanın mənimsənilməsi üçün xeyli maye tələb olunur. Əks halda babasil, xroniki qəbizlik halları qaçılmazdır; 
  • əmək və istirahət rejiminizi normaya salın. Çünki yuxusuzluq, daimi gərginlik ciddi fəsadlara gətirib çıxara bilər.

Xülasə

Məqalədə Sizi qarın ağrısının səbəbləri ilə ətraflı tanış etdik. Əlbəttə ki, hər hansı bir xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Sadaladığımız 6 qaydaya əməl edin və sağlamlığınızın qayğısına qalın.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.8/5 - (9 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir