Bağırsaq həkimi

18 Mart 2020 Kateqoriya: Bağırsaq xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2619
Bağırsaq həkimi foto 4
3.1/5 - (12 votes)

Qeyri-düzgün qidalanma, keyfiyyətsiz məhsulların qəbulu, mikrob infeksiyaları, stress vəziyyətləri və digər amillər bağırsaqda ciddi problemlər törədir. Bir çox insanlar xəstəliklərin əlamətlərinə laqeyd yanaşır və ya özünü müalicə ilə məşğul olur. Yalnız ağır hallarda bağırsaq həkimi ilə əlaqə saxlayırlar. Yadda saxlamaq lazımdır ki, istənilən xəstəliyi erkən mərhələlərdə müalicə etdikdə sağalma şansı daha yüksək olur.  

Bağırsaq həkimi hansı xəstəlikləri aradan qaldırır? 

Əhali arasında nazik və yoğun bağırsağın ən çox rast gəlinən patologiyaları aşağıdakılardır:

  • Enterit
  • Kolit
  • Kron xəstəliyi
  • İşemik kolit
  • Polip
  • Xoralı kolit
  • Bağırsağın keçməməzliyi
  • Qıcıqlanmış bağırsaq sindromu
  • Onikibarmaq bağırsağın xorası
  • Meqakolon (bağırsağın həddindən artıq uzanması) 
  • Bağırsağın xərçəngi və s.

İlk baxışda yüngül görünən əlamətlər gələcəkdə sağlamlıq üçün təhlükə törədə bilər. Bu səbəbdən həzm sistemi tərəfindən narahatlıqlarla üzləşdikdə bağırsaq həkimi ilə məsləhətləşməyiniz gərəkdir. 

Bağırsaq həkimi foto 1

Hansı əlamətlərlə qarşılaşdıqda bağırsaq həkimi konsultasiyası mütləq sayılır?  

  • qəbizlik və ya ishal;
  • qarında köp;
  • ağrılı nəcis ifrazı;
  • gəyirmə, qıcqırma;
  • qarın ağrısı;
  • nəcisdə selik və qan kütlələri;
  • ürəkbulanma, qusma (xüsusən qida qəbulundan sonra).

Bağırsaq həkimi foto 2

Bağırsaq həkimi xəstəni necə müayinə və müalicə edir?  

Bağırsaqla bağlı xəstəliklərin əsas müayinə üsulu kolonoskopiyadır. Bağırsaq həkimi, yəni qastroenteroloq pasiyentin şikayətlərini dinlədikdən, ümumi baxış keçirdikdən sonra kolonoskopiya təyin edir. Onun köməyilə mütəxəssis bağırsağın daxili səthini yüksək dəqiqliklə yoxlayır.

Müayinə əsnasında polip aşkarlandıqda, törəmə kəsilib götürülür. Şübhəli hallarda biopsiya aparılır: bağırsaq toxumasından nümunə götürülüb, histoloji müayinəyə göndərilir. Cavab müsbət gəldikdə xəstə cərrah-onkoloqa yönəldilir. Digər hallarda isə qastroenteroloq tərəfindən müvafiq müalicə sxemi tərtib olunur. 

Bağırsaq həkimi foto 3

Bağırsaq həkimi nəyi tövsiyə edir?

  • qida rasionundan yağlı, qızardılmış, acı ədviyyatlı xörəkləri çıxarmaq, meyvə-tərəvəzlərə, suda və buxarda bişmiş məhsullara üstünlük vermək;
  • gün ərzində ən azı 2 litr maye qəbul etmək;
  • aktiv həyat tərzi sürmək;
  • stressdən uzaq durmaq.

Bu sadə qaydalara riayət edib, sağlam həyat tərzi sürsəniz və eləcə də vaxtaşırı profilaktik müayinələrdən keçsəniz, əksər xəstəliklərin qarşısını almış olarsınız.   

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.1/5 - (12 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir