Bu sayt mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuşdur. Burada həzm sistemi patologiyalarının yaranma səbəbləri, əlamətləri və müalicə üsulları ətraflı izah edilmişdir. Saytda tibb terminlərinə açıqlama verilməklə, hər bir insanın oxuduğu materialı rahat şəkildə qavramasına şərait yaradılmışdır. Bundan əlavə axtarılan mövzunun qısa zaman ərzində tapılması üçün məqalələr uyğun kateqoriyalarda yerləşdirilmişdir. Həmçinin saytda söz üzrə axtarış aparmaq mümkündür.
Əhalinin ən həssas qrupu sayılan uşaqlar və hamilələr də diqqətimizdən kənarda qalmamışdır. Onların sağlamlığına zərər törətmədən, təhlükəsiz yolla mədə-bağırsaq xəstəliklərinin əlamətlərini aradan qaldırmaq barədə məsləhətlər verilmişdir.
Saytda xalq təbabəti üsullarına xüsusi yer ayrılmışdır. Mədə ağrısı və qıcqırma əleyhinə müalicəvi bitkilərdən reseptlər qeyd olunmuşdur.
Komandamız həkimlərdən təşkil olunduğundan saytda dərc edilən materiallar sadəcə maarifləndirici xarakter daşıyır. İlk baxışdan bir o qədər də ciddi görünməyən mədə-bağırsaq xəstəliklərinin ilkin əlamətlərini özünüzdə aşkarladıqda, qastroenteroloqa müraciət etməyiniz lazımdır. Yalnız bu yolla sağlamlığınızı qoruya bilərsiniz.
Sonda onu da vurğulayaq ki, saytdakı bütün məqalələr Mədə-bağırsaq xəstəlikləri.az üçün hazırlanmışdır. Onlardan digər saytlarda istifadə edildikdə, aktiv linkin qoyulması mütləqdir.

